Samur çayı üzərindəki körpü yenidən inşa olunacaq

Samur çayı üzərindəki körpü yenidən inşa olunacaq

Samur çayı üzərindəki körpü yenidən inşa olunacaq

Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərindəki körpünün vəziyyəti Dövlət Gömrük Komitəsini (DGK) narahat edir. Cars-az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev məlumat verib. O bildirib ki, bununla bağlı Azərbaycan tərəfi artıq öz təkliflərini verib: “Artıq gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb. Nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artrıqmaq istəyir və Rusiya Azərbaycanın ticarət tərəfdaşlığında ilk sırada gedən ölkədir, körpü məsələsi gündəmdə qalacaq”. Aydın Əliyev vurğulayıb ki, Rusiya ilə sərhəddə gələcəkdə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulmur.

Dostlarınla paylaş


Şərhlər


Top