04.11.2015
Qəzalar
Tələsən sürücü qəza törətdi
Bərdə rayonunun Cəyirli kəndi ərazisində Yevlax istiqamətində hərəkətdə olan “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Cars-az el tv-yə istinadən xəbər verir ki, hadisə “VAZ-2107” ötmə əməliyyatını yerinə yetirərkən baş verib. Bu zaman “Mercedes”ə dəyən “VAZ-2107” yolun əks istiqamətinə yuvarlanıb. “VAZ-2107” yararsız hala düşsə də, ölən və ağır yaralanan olmayıb. Avtomobildə isə sürücü Xaləddin Süleymanovun ailə üzvləri olublar.
Faktla bağlı araşdırma aparılır.