04.11.2015
Qəzalar
Minik maşını yük avtomobili ilə toqquşub: ölən və yaralı var
Ağdaş rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub. Cars-az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb, şəxsiyyəti hələlik məlum olmayan bir qadın isə hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və qadının meyidini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.