Tovuzda film kimi qəza 

Tovuzda film kimi qəza 

Sürətlə idarə olunan "Opel" ötmə əməliyyatını yerinə yetirərkən əvvəlcə "VAZ 21-015"-ə çırpılıb, daha sonra bir neçə metr hündürlüyə qalxaraq zərblə yol kənarındakı mağazaların qarşısında yerə düşüb. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, qəzaya düşən digər avtomobil isə yoldan bir neçə metr çıxaraq su kanalına düşüb. Baş verən yol-nəqliyyat hadisəsi zamanı "Opel" markalı avtomobilin sürücüsü Tovuz rayon sakini Firuz Museyibov xəsarət almayıb. Digər sürücü, Bozalqanlı kənd sakini Yasin Qüdrətov da hadisədən xəsarətsiz ötüşüb.

Faktla bağlı Tovuz Polisi araşdırma aparır.

Dostlarınla paylaş


Şərhlər


Top