Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Avtobusu yandırdılar: 7 nəfər öldü
Avtobusu yandırdılar: 7 nəfər öldü

Avtobusu yandırdılar: 7 nəfər öldü

Banqladeşin şərqindəki Çaudoqram şəhəri yaxınlığında avtobusun yandırılması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Cars-az xəbər verir ki, bu barədə APA-nın “Channel NewAsia”ya istinadən xəbərinə görə, naməlum şəxslər sərnişinlərlə dolu olan avtobusa yandırıcı şüşə atıblar. İlkin məlumata əsasən, hücum müxalif Banqladeş Milli Partiyasının tərəfdarları tərəfindən həyata keçirilib. Qeyd edək ki, 2014-cü ilin oktyabrında parlament seçkilərinin vaxtı açıqlandıqdan sonra Banqladeşdə hücum və tətillər səngimir. Yanvarın 5-də keçirilən seçkilərdə baş verən iğtişaşlar nəticəsində ən azı 13 nəfər ölüb. Ümumilikdə toqquşmalar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top