04.11.2015
Qəzalar
Nobel prospektində ağır qəza: qadın öldü
Bakıda ağır qəza baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 31-də saat 19 radələrində Xətai rayonunun Nobel prospektində Beyləqan rayon sakini Namiq Səmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kəmalə Cavadovanı vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Fidan