04.11.2015
Qəzalar
Avtobusun qarşı yola çıxması qəzaya səbəb olub
Bu gün səhər saatlarında Bakıda marşrut avtobusu qəzaya səbəb olub. Cars-az “report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Bəhruz Nuriyev küçəsində baş verib.
Belə ki, 30 saylı sərnişin avtobusu qarşı yola çıxıb. Nəticədə avtobus “Opel” markalı minik avtomobili ilə toqquşub. Bundan sonra minik avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanan yük maşınına dəyib. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb. Bundan başqa, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.