Avtomobil motosikletə çırpıldı: ölən var

Avtomobil motosikletə çırpıldı: ölən var

Avtomobil motosikletə çırpıldı: ölən var

Cars-az xəbər verir ki, bu barədə İmişli rayon Polis Şöbəsindən apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad rayon sakini Zahid Atakişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan İmişli sakini Adil Qasımovun idarə etdiyi motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan A.Qasımov Bakıdakı xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top