Şirvanda ağır qəza: 1 ölü, 1 yaralı

Şirvanda ağır qəza: 1 ölü, 1 yaralı

Şirvan şəhərində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, şəhər sakini Elvin Əzimov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmyerliləri Vüsal Səmədovu və Ceyhun Mehdiyevi vurub. Onlar hər ikisi xəstəxanaya yerləşdirilib. C.Mehdiyev orada ölüb. Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top