Şabranda dəhşətli qəza

Şabranda dəhşətli qəza

Şabran rayonunun Ərəblər kəndi ərazisində qəza baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "Niva" toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. "Niva"nı idarə edən sürücü, Qoruğan kənd sakini Nadirşah Ağayev və onun yanındakı sərnişin xəsarət alıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinədən sonra sərnişin evə buraxılıb. "Mercedes"in sürücüsü Ceyhun Abbasov isə qəzada xəsarət almayıb.

Hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub.

Dostlarınla paylaş


Şərhlər


Top