04.11.2015
Qəzalar
Şəmkir postu yaxınlığında dəhşətli qəza: 2 ölü, 1 yaralı
Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yanvarın 29-da saat 22 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Şəmkir postunun yaxınlığında baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında ağaca çırpılaraq aşıb.
Qəza nəticəsində maşında olan iki nəfər hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Hazırda hüquq mühafizə orqanların əməkdaşları ölən və yaralıların kimliyini müəyyənləşdirirlər.