04.11.2015
Qəzalar
Masazırda "BMW" yandı
Cars-az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Yanğın vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrikində baş verib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.