04.11.2015
Qəzalar
Naxçıvanda qəza: 4 ölü, 2 yaralı
Daxili İşlər Nazirliyi Naxçıvanda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin maşınında olan 1 sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.