İki maşın toqquşdu: yaralılar var

İki maşın toqquşdu: yaralılar var

Gəndob-Yalama yolunun 15-ci kilometrliyində 2 avtomobil toqquşub. Cars-az xəbər verir ki, anspress-in bölgə müxbirinin məlumatına görə, bu gün 35 yaşlı Bakı sakini Tural Alxasovun idarə etdiyi "Daewoo" markalı avtomobil 26 yaşlı paytaxt sakini Vidadi Əliyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub. Sürücülərin hər ikisi Xaçmaz rayon xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Tural Alxasov palataya yerləşdirilib, Vidadi Əliyevə isə ilkin tibbi ayrdım göstərilib. Maşınlara da ciddi ziyan dəyib. Hadisə Baş Dövlət Yol polisi tərəfindən araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top