Sərnişin təyyarəsi qəzaya uğradı

Sərnişin təyyarəsi qəzaya uğradı

Tayvan dəhşətli təyyarə qəzası ilə günə başlayıb. Cars-az-ın xarici mətbuata istinadən xəbərinə görə, Tayvanın paytaxtı Taypeydə 9 insan ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. TransAsia ATR 72-600 nömrəli 58 sərnişin daşıyan təyyarə Taypedə körpüylə toqquşaraq Keelunq çayına düşüb. Sungşan hava limanından yola çıxan təyyarə ilk öncə yola gedən taksiylə toqquşub daha sonra körpüyə dəyərək çaya düşüb. Qəza zamanı 9 insanın öldüyü, 16 insanın xilas edildiyi, qalan 33 insanın hələ də tapılmadığı deyilir.

Dostlarınla paylaş


Şərhlər


Top