-
Benzinin qiymətinin baha olması ilə bağlı etiraz
“Qiymətlər bilərəkdən qaldırılıb” Tbilisidə “Qızılgül meydanı”nda benzinin qiymətlərinin aşağı salınması tələbi ilə aksiya keçirilir. Aksiya iştirakçıları daha sonra Dövlət dəftərxanasına doğru yürüş edib, aksiyanı davam etdirəcəklər. Cars-az xəbər verir ki, bu barədə oxu.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, etiraz aksiyasını “Kartuli dasi” partiyası təşkil edib. Partiya lideri Condi Baqaturiya bildirib ki, bu günkü etiraz aksiyası xəbərdarlıq xarakteri daşıyır və əgər benzinin qiymətləri dərhal aşağı salınmasa və beynəlxalq qiymətlərə müvafiq olmasa, onlar daha geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. “Bütün dünyada yanacağın qiyməti düşüb. Lakin Gürcüstanda qanunsuz kartel müqaviləsi ilə qiymətlər bilərəkdən qaldırılıb. Nəticədə hakimiyyət və rüşvətxor məmurlar qanunsuz olaraq xalqdan ildə 482 milyon yığır və bu, cinayətdir. Bundan başqa “Gürcü arzusu” söz vermişdi ki, qazın qiymətləri yarıya qədər azalacaq, lakin bunun əvəzində kommersiya sektoru üçün qiymətlər 20% bahalaşdı. Bu isə öz növbəsində qiymətlərin artımına səbəb olaraq Gürcüstan iqtisadiyyatına mənfi təsir edəcək”, - Baqaturiya deyib. Ardını oxu
-
Rusiyada dəhşətli qəza
Qəzanın səbəbləri araşdırılır Rusiyanın Belqorod vilayətində mikroavtobusla yük maşını toqquşub. Cars-az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı 11 nəfər həlak olub. Ölənlər arasında Ukrayna vətəndaşları üstünlük təşkil edir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, yerli vaxtla səhər 7:00-da baş verən qəzada 3 nəfər də ağır xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır. Ardını oxu
-
Yolun “öldürdüyü” sürücülərlə bağlı kim məsuliyyət daşıyır? - ŞƏRH
Belə qəzalarda ölənlərin qanı batır, çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur “Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi belə qəzalarda ölənlərin qanı batır”. Cars-az xəbər verir ki, ekspert Ərşad Hüseynov yolların texniki vəziyyətində, konstruksiyasında tənzimlənmələrin olmadığına görə ölən insanların qanının yerdə qaldığını və buna rəğmən qanunda hələ də heç bir düzəlişin edilmədiyini açıqlayıb: “KİV-də bir məlumat oxudum ki, dünən Sulutəpə tərəfdə minik avtomobilinin dairəyə çırpılması nəticəsində sürücü ölüb. Bu məlumat neçə ildir ki, məni narahat edən bir problemi bir daha aktuallaşdırdı. Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi, belə qəzalarda ölənlərin qanı batır, çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur. Digər normaları belə hallara tətbiq etmək mümkün olsa da, bunun da təcrübəsi yoxdur”. Ardını oxu
-
Uça-uça piano ifa etdi
Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib Adətən pianoçular müxtəlif əsərləri ifa edərkən sanki xəyal dünyalarında uçurlar. Bu dəfə isə hər şey əksinə baş verib. Paolo Zanarella adlı musiqiçi hər kəsin gözü qarşısında real dünyada uça-uça piano çalıb. Cars-az atvxəbər-ə istinədən xəbər verir ki, “Sərhədsiz pianoçular” cərəyanına rəhbərlik edən Paolo Zanarello ölkənin ən məşhur musiqiçilərindən biridir. Venesiyada davam edən eyni adlı karnavalı fürsət bilən pianoçu bu dəfə daha fərqli aksiya ilə tamaşaçıları heyrətləndirmək qərarına gəlib. Pianosu ilə birgə havaya qalxan Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib. Karnaval iştirakçıları onun bu performansını böyük maraqla seyr edib. Musiqiyə yeni estetika qatan, klassik əsərləri akrobatçılıqla birləşdirən Paolo, havadakı performansını qüsursuz yerinə yetirib. Onun uça-uça pioanoda klassik əsərlər ifa etdiyini əks etidərn görüntülər qısa zamanda ölkə hüdudlarını aşıb. Pianoçu deyir ki, bu aksiya dünyaya unikal musiqili mesaj vermək, işıqlı gələcəyi tərənnüm etmək üçün ideal imkan yaradır. Ardını oxu
Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar
İlk sınaq qatarının hərəkəti uğurlu başa çatıb Ardını oxu
Sabah da qar yağacaq
Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq Sabah ölkədə yağıntılı hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu keçəcək. Şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da fevralın 5-də hava yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından etibarən qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Ayrı-ayrı yerlərəd duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Ardını oxu
Avtobusun altında qalan qadının kimliyi bəlli oldu
Qəza nəticəsində ölən 1984-cü il təvəllüdlü Günel Kərəmovadır Ardını oxu
Sərxoş qadınlar yol polisi ilə belə “dava etdilər”
Qadınlar tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar... Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda sərxoş sürücülərə qarşı növbəti reyd keçirib. Cars-az xəbər verir ki, reyd zamanı 99 AX 134 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsünün sərxoş olmasından şübhələnən DYP əməkdaşları sürücüyə “saxla” əmri verib. Reyd zamanı məlum olub ki, “Kia Rio” markalı avtomobili idarə edən xanım sürücü və onun rəfiqəsi olan sərnişini sərxoş olub. Polis tərəfindən saxlanılan sərxoş xanımlar DYP əməkdaşları ilə mübahisə edib, öz tanışlarına zəng vuraraq məsələni yerində həll etməyə çalışıblar. Lakin yol polisləri sərxoş xanım sürücünü tibbi ekspertizaya, avtomobili isə cərimə meydançasına göndəriblər. Saxlanılan sürücü tibbi ekspertizadan keçirildikdən sonra barəsində hüquqi ölçü götürülüb. Ardını oxu