Məqalələr

  • Avropa Oyunları zamanı yollar belə bölünəcək

    Bakı 2015 Avropa Oyunları zamanı yolarda xüsusi zolaqlar olacaq Bakı-2015 Avropa Oyunları zamanı ekspress maşrutlar xüsusi zolaqlarda hərəkət edəcək. Oyunlar ərəfəsində həmçinin əhalinin istifadəsi üçün də bir yol ayrılacaq. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi Avropa Oyunları üzrə nəqliyyat qərargahı seçilib. Bu barədə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı “Salamnyus”a açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunları zamanı yolarda xüsusi zolaqlar olacaq:  “Avropa Oyunları zamanı idmançılar, yarışların keçirləcəyi ərazilər - bütün bunlar arasında maşrut istiqamətləri bizim mütəxəsislərimiz tərəfindən işlənib hazırlanıb. Ekspress maşrutlar bu yollar üzrə hərəkət edəcək. Eyni zamanda, əhalinin istifadəsi üçün də bir yol da ayrılacaq. Həmin maşrutların hərəkət edəcəyi istiqamətlərdə ilk sınaq keçirilib. Hazırda biz təhlükəsizlik baxımından yarışların gedəcəyi həmin ərazilərin adlarını açıqlamırıq”. Ardını oxu

  • Bakıda yol polisi ər-arvadı sərxoş yaxaladı

    Yol polisi reyd keçirdi; xeyli qayda pozan sürücü aşkar edilib Ardını oxu

  • Bakıda cərimələnən piyadaların sayı 250 minə çatır

    Vaqif Əsədov: «Piyadalar sürücülərə nisbətən yol hərəkəti qaydalarının pozulmasında davamlı hərəkət edir» Ardını oxu

  • Bakıda “Opel” və “Lada” bir-birinə girdi: yaralı var

    Bir nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb Ardını oxu

Yol polisi qəzaya düşdü; 5 yaralı

Yol polisi qəzaya düşdü; 5 yaralı

«Opel» və «BMW» markalı 10 YP 448 nömrəli avtomobillər toqquşub Dünən gecə saatlarında Səbail rayonu ərazisində polis avtomobili digər maşınla toqquşub. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Nizami-Zorge küçələrinin kəsişməsində Qəbələ rayon sakini 1990-cı il təvəllüdlü Tural Bəhruz oğlu Alıyevin idarə etdiyi «Opel» markalı 99 BL 554 nömrəli və xidmətdə olan Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru polis serjantı 1986-cı il təvəllüdlü Abbasəli Pərviz oğlu Ələkbərovun idarə etdiyi «BMW» markalı 10 YP 448 nömrəli avtomobillər toqquşub. Nəticədə T.Alıyev, sərnişinləri 1985-ci il təvəllüdlü Ayaz Eyyubov, 1980-ci il təvəllüdlü Bəhruz Rüstəmov, polis serjantı A.Ələkbərov və inspektor polis leytenantı 1985-ci il təvəllüdlü Arzuman Arzumanlı Kliniki Tibbi Mərkəzdə yardım alıb evə buraxılıb. Ardını oxu

Bu da Naxçıvanın yeni avtobusları

Bu da Naxçıvanın yeni avtobusları

Sərnişin sıxlığı qədim diyara yeni avtobusların gətirilməsi zərurəti yaradıb Ardını oxu

Sürücü piyadanı zebrada vurub öldürdü

Sürücü piyadanı zebrada vurub öldürdü

Sumqayıtda «BMW» yolu keçən piyadanı vurub Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, «BMW» markalı avtomobil yolu keçən piyadanı vurub. 1991-ci il təvəllüdlü Nicat Ağayev BMW markalı Sumqayıtın Sülh küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin üzərində 1985-ci il təvəllüdlü Əzimov Rəfael Ərşadxan oğlunu vurub. 30 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Ardını oxu

İki yük maşını aşdı; tıxac yarandı

İki yük maşını aşdı; tıxac yarandı

Daha bir avtombil də sürüşərək yoldan çıxıb Ələt-Astara magistralında 2 yük maşınının aşması yolda böyük tıxac yaradıb. Cars-az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Ələt-Astara magistral yolunun  78-ci kilometrliyində Salyan rayonunun Şorsulu kəndi ərazisində  inşaat işləri aparan “Evroscon” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil də sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan BDYP əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb.  Yolda avtomobillərin hərəkəti tam  bərpa olunub. Ardını oxu

Top