İki yük maşını aşdı; tıxac yarandı

İki yük maşını aşdı; tıxac yarandı

Ələt-Astara magistralında 2 yük maşınının aşması yolda böyük tıxac yaradıb. Cars-az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Ələt-Astara magistral yolunun 78-ci kilometrliyində Salyan rayonunun Şorsulu kəndi ərazisində inşaat işləri aparan “Evroscon” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil də sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan BDYP əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb. Yolda avtomobillərin hərəkəti tam bərpa olunub.

Dostlarınla paylaş


Şərhlər


Top