Paytaxtda maşınları bir-birinə vuran sürücü qaçdı

Paytaxtda maşınları bir-birinə vuran sürücü qaçdı

Paytaxtda maşınları bir-birinə vuran sürücü qaçdı

Bakının Nəsimi rayonunda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb. Cars-az apa-ya istinədən xəbər verir ki, hadisə Mirəli Qaşqay və Mikayıl Rəfili küçələrinin kəsişməsində qeydə alınıb. "Ford" markalı maşın öncə "Great Wall" markalı maşını vurub. Daha sonra yol kənarında dayanan "Hyundai"a çırpılıb. Qəza nəticəsində "Great Wall"ın sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb, yaralı sürücüyə ilkin tibbi yardım göstərilib. Qəzadan sonra "Ford"un sürücüsü qaçıb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıblar. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top