Duman Bakıda qəzaya səbəb oldu: sürücü ölüb

Duman Bakıda qəzaya səbəb oldu: sürücü ölüb

Duman Bakıda qəzaya səbəb oldu: sürücü ölüb

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın "report"a istinadən məlumatına görə, 31 yaşlı Əsgərov Allahverdi Qəzənfər oğlu "Mitsubishi" markalı nəqliyyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən Xocahəsən dairəsində idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbənin təsiri güclü olduğundan, maşın bir neçə dəfə yuvarlanaraq yolun digər istiqamətinə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, qəza yüksək sürət və havanın dumanlı olması səbəbindən baş verib.

Faktla bağl cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top