04.11.2015
Qəzalar
"Honda"ya çırpılan "Jiquli" dəmir yığınına döndü: 2 yaralı
Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Cars-az eltv-yə istinadən xəbər verir ki, Mingəçevir sakini Vüsal Şahməddin oğlu Eyyubovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilin idarəetməsini itirərək həmyerlisi Azər Əbülfət oğlu Hüseynovun idarə etdiyi “Honda CR-V” markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən “Honda CR-V” səkiyə çıxaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının hasarına dəyib. Hadisə zamanı hər iki sürücü yüngül xəsarət alıb. “VAZ-21011” tamamilə yararsız vəziyyətə düşüb. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.