04.11.2015
Qəzalar
Nyu-Yorkda dəhşətli qəza
Cars-az xəbər verir ki, Nyu-Yorkda sərnişin qatarının relsdə qalan iki avtomobillə toqquşması nəticəsində 6 nəfərin öldüyü, 12 nəfərin yaralı olduğu bildirilir. Ölənlər arasında avtomobildə olanlar da var. Hadisə yerinə cəlb edilən xilasedici qüvvələr qəza zamanı qatarda 800-ə qədər sərnişin olduğunu açıqlayıb. Qəza Bakı vaxtı ilə 04:30-da baş verib. Qatar toqquşduğu avtomobillərdən birini 135 metr məsafədə sürükləyib. Qəzadan sonra isə qatarda yanğın meydana gəlib.