04.11.2015
Qəzalar
Rusiyada dəhşətli qəza
Rusiyanın Belqorod vilayətində mikroavtobusla yük maşını toqquşub. Cars-az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı 11 nəfər həlak olub. Ölənlər arasında Ukrayna vətəndaşları üstünlük təşkil edir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, yerli vaxtla səhər 7:00-da baş verən qəzada 3 nəfər də ağır xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır.