04.11.2015
Qəzalar
Kürdəmirdə iki yük maşını toqquşub: 1 yaralı
Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində iki yük maşını toqquşub. Cars-az eltv-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Bakının Qaradağ rayonunun sakini Bəxtiyar Şahverdiyevin idarə etdiyi “KamAZ” qarşı tərəfdə hərəkətdə olan, Ağdaş sakini Siyavuş Bayramovun sükanı arxasında olduğu “Hovo” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “KamAZ”ın sürücüsü yaralanıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.