04.11.2015
Qəzalar
Sürücü piyadanı zebrada vurub öldürdü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, «BMW» markalı avtomobil yolu keçən piyadanı vurub. 1991-ci il təvəllüdlü Nicat Ağayev BMW markalı Sumqayıtın Sülh küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin üzərində 1985-ci il təvəllüdlü Əzimov Rəfael Ərşadxan oğlunu vurub. 30 yaşlı piyada hadisə yerində dünyasını dəyişib.