Məqalələr

Mikroavtobusla minik avtomobili toqquşdu

Mikroavtobusla minik avtomobili toqquşdu

Qəza zamanı xəsarət alan omasa da, avtomobillərə ziyan dəyib Bu gün Mingəçevirdə iki avtomaşın toqquşub. Cars-az eltv-yə istinadən xəbər verir ki, marşrut xətti üzrə hərəkət edən 10-XM-592 dövlət qeydiyyat nişanlı mikroavtobus M.Ə.Rəsulzadə küçəsindən M.Maqomayev küçəsinə dönərkən M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan “Toyota” markalı avtmobillə toqquşub. Qəza zamanı xəsarət alan omasa da, avtomobillərə ziyan dəyib. Mingəçevir şəhər DYPB-nın rəisi Bəliyar Bəşirlinin sözlərinə görə, ilkin ehtimala əsasən, “Toyota”nın sürücüsü işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Bu da qəzaya səbəb olub. Faktla bağlı araşdırma aparılır.  Ardını oxu

“Kamaz” sürücüsüz avtomobillərin istehsalına başlayır

“Kamaz” sürücüsüz avtomobillərin istehsalına başlayır

Avtomobilin ilk versiyası 2016-cı ildə zavodun meydançasında sınaqdan çıxarılacaq “Kamaz” şirkəti Rusiyanın “Cognitive Technologies” şirkəti ilə birgə sürücüsüz yük avtomobili üzərində işləyir. Cars-az-ın avtolent.az-a istinadən verdiyi məlumata görə, layihəyə Rusiyanın Texnologiyalar Nazirliyi böyük vəsait ayırıb. Plana görə, avtomobilin ilkin versiyası 2016-cı ildə zavodun meydançasında sınaqdan çıxarılacaq. 2017-ci ildə isə avtomobil ümumi istifadədə olan yollarda test ediləcək. Layihələndirilən avtomobilin hələ ki, heç bir fotosu yayılmayıb. Ardını oxu

Top