04.11.2015
Texnologiya
“Kamaz” sürücüsüz avtomobillərin istehsalına başlayır
“Kamaz” şirkəti Rusiyanın “Cognitive Technologies” şirkəti ilə birgə sürücüsüz yük avtomobili üzərində işləyir. Cars-az-ın avtolent.az-a istinadən verdiyi məlumata görə, layihəyə Rusiyanın Texnologiyalar Nazirliyi böyük vəsait ayırıb. Plana görə, avtomobilin ilkin versiyası 2016-cı ildə zavodun meydançasında sınaqdan çıxarılacaq. 2017-ci ildə isə avtomobil ümumi istifadədə olan yollarda test ediləcək. Layihələndirilən avtomobilin hələ ki, heç bir fotosu yayılmayıb.