Məqalələr

Bakıda pulsuz avtobuslar

Bakıda pulsuz avtobuslar

Avropa Oyunları zamanı xüsusi avtobuslar, taksilər ayrılacaq I Avropa Oyunlarında Bakıda xüsusi təlim görmüş sürücülər xidmət göstərəcək. Cars-az anstv-yə istinadən xəbər verir ki, onların 1000 nəfəri avtobus, 700 nəfəri isə taksi sürücüləri olcaq. Artıq təlimlərə start verən Nəqliyyat Nazirliyinin rəsmisi bildirir ki, idmançıların, qonaqların və turistlərin nəqliyyat hərəkət marşrutları artıq müəyyən edilib, paytaxtdakı avtobus və taksi parklarının genişləndirilməsi işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin rəsmisi Əmrah Cəfərov sürücülərin Olimpiya kəndində həm xarici, həm də yerli müəllimlər tərəfindən tədris kursları keçdiyini deyir. Təlimin məqsədi- qonaqlara qarşı etik davranış qaydaları, yol-hərəkəti qaydalarına düzgün riayət olunması (siqaret çəkməmək, moqnitafona yüksək səslə qulaq asmamaq)dır. Bunun üçün təlimə rus və ingilis dilini mükəmməl bilən gənclər cəlb olnub. Beynəlxalq təcrübədə Olimpiya Oyunları keçirilən zaman nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulsa da tamaşaçıların İdman Komplekslərinə və mənzil başına rahat çata bilmələri üçün xüsusi avtobuslar, taksilər ayrılır. Pekində və Afinada Avropa oyunları zamanı belə avtobuslar, taksilər həm də oyunlar keçirilən ərazilərdə yaşayanlar və çalışanlar üçün nəzərdə tutulur. Azərbaycanda da bu təcrübədən istifadə olunacaq. Artıq 300 yeni “London” taksisi" paytaxta gətirilib. Marta kimi daha 200 avtomobilin gətiriləcəyi gözlənilir. Əmrah Cəfərovun sözlərinə görə, oyunlar zamanı xətlərdən avtobuslar çıxarılmayacaq. Yaranan dəyişikliklərin isə tənzimlənəcək. 015-ci il 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Ardını oxu

Havada velosiped kefi – FOTO

Havada velosiped kefi – FOTO

Onlar həmin təpələrdə pedalı olan nəqliyyat vasitələri ilə hərəkət edirlər Yaponlar əyləncə parklarında Amerika təpələrini fərqli şəkildə istifadə etməyə başlayıblar. Cars-az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, onlar həmin təpələrdə pedalı olan nəqliyyat vasitələri ilə hərəkət edirlər. Beləliklə, havada velosiped sürmək şansı qazanan yaponlar adrenalinlə sağlam həyat tərzini bir araya gətirirlər. Velosipedlərdə yuxarı çıxmaq üçün pedallar, aşağı enəndə isə təhlükəsizliyi təmin etmək üçün xüsusi tormozlar quraşdırılıb. Ardını oxu

Tovuzda film kimi qəza 

Tovuzda film kimi qəza 

Maşının biri kanala düşdü, digəri uçdu Ardını oxu

DYP-dən deputatın “dana” sözünə cavab gəldi

DYP-dən deputatın “dana” sözünə cavab gəldi

Vaqif Əsədov: «Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində üç dəfə təlimatlandırılır» Ardını oxu

Top