-
Naxçıvanda qəza: 4 ölü, 2 yaralı
DİN Naxçıvanda dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi Naxçıvanda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin maşınında olan 1 sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Ardını oxu
-
Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava
İşə xüsusi təyinatlı dəstə qarışıb Fevral ayının 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan diasporası və avtomaydançıların fəalları arasında münaqişə baş verib. Cars-az xəbər verir ki, bu barədə oxu.az Ukrayna KİV-nə istinadən məlumat verir ki, hər şey “Avtomaydan”ın Odessa lideri Yevgeni Rezvuşkinin cipinin təkərlərinin azərbaycanlılar tərəfindən deşilməsindən sonra başlayıb. Xəbər verildiyi kimi Rezvuşkin və onun avtomaydanı Odessa prokurorunun sifarişlərini yerinə yetirərək, yerli prokurora işləyirlər. Məhz bu fəaliyyət qarşıdurmaya səbəb olub. Əslində söhbət adi bandit qarşıdurmasından gedir: onlarla maskalı və hərbi formada “Avtomaydan” fəalı Azərbaycan diasporasının nümayəndələri ilə dalaşıblar. Hadisə yerinə gələn xüsusi təyinatlı milis dəstələri kütləvi davanın qarşısını alıb. Onlar operativ şəkildə Slobodkaya gələrək münaqişə iştirakçılarını ayırıblar. Qarşıdurma nəticəsində bir neçə avtomobilə ziyan dəyib, eləcə də Odessa Avtomaydanının nümayəndəsinin üzü zədələnib. “Onlar münasibəti aydınlaşdırmaq üçün yığışmışdılar. Vətəndaşların məlumatına görə, ora milis göndərilib, xüsusi əməliyyat nəticəsində davanı dayandırmaq mümkün olub. Heç kim saxlanılmayıb. İki maşının təkəri deşilib”, - vilayət üzrə Dİİ-nin mətbuat xidmətinin rəhbəri Vladimir Şablienko Vgorode.ua-ya bildirib. Versiyalardan birinə görə tərəflər arasında münaqişə uzun müddətdir ki, davam edir. KİV-in məlumatına əsasən, dava “Nimfa” mühafizə firması və bələdiyyənin ticarət idarəsi ilə münaqişədə olan sahibkara hücum ilə əlaqədar olub. Ardını oxu
-
Bakının yeraltı keçidlərində yeni aparatlar
Aparatlarda müxtəlif qazlı sular və təbii meyvə şirələri satılacaq Bakının yeraltı keçidlərində kütləvi şəkildə vendinq avtomatları quraşdırılır. Cars-az day.az saytına istinadən xəbər verir ki, həmin aparatlarda müxtəlif qazlı sular və təbii meyvə şirələri satılacaq. Bülbül, Nizami və 28 May küçələrindəki yeraltı keçidlərdə artıq belə aparatlar quraşdırılıb. Ardını oxu
"KamAZ"ı yavaş-yavaş söküb oğurlayırmış
Bakıda 11 gün ərzində yük avtomobilini ehtiyat hissələrə bölərək oğurlayan şəxs tutulub Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20-31 yanvar tarixlərində İ.Qayıbov küçəsi 2090-cı məhəllədə Bakı şəhər sakini Elşən Musayevə məxsus “KamAZ” markalı avtomobilin hissələrini oğurlamaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Elşən Poladov müəyyən olunaraq tutulub. Faktla əlaqədar araşdırma aparılır. Ardını oxu
Avtobusu yandırdılar: 7 nəfər öldü
Naməlum şəxslər sərnişinlərlə dolu olan avtobusa yandırıcı şüşə atıblar Banqladeşin şərqindəki Çaudoqram şəhəri yaxınlığında avtobusun yandırılması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Cars-az xəbər verir ki, bu barədə APA-nın “Channel NewAsia”ya istinadən xəbərinə görə, naməlum şəxslər sərnişinlərlə dolu olan avtobusa yandırıcı şüşə atıblar. İlkin məlumata əsasən, hücum müxalif Banqladeş Milli Partiyasının tərəfdarları tərəfindən həyata keçirilib. Qeyd edək ki, 2014-cü ilin oktyabrında parlament seçkilərinin vaxtı açıqlandıqdan sonra Banqladeşdə hücum və tətillər səngimir. Yanvarın 5-də keçirilən seçkilərdə baş verən iğtişaşlar nəticəsində ən azı 13 nəfər ölüb. Ümumilikdə toqquşmalar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb. Ardını oxu
Masazırda "BMW" yandı
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb Cars-az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Yanğın vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrikində baş verib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ardını oxu
Sərxoş sürücü maşınla yol polisini belə sürüdü
Baş leytenant Qaleyev ciddi xəsarət alıb və hazırda xəstəxanadadır Ardını oxu