Məqalələr

  • Ağır qəza törədən gəncin cəzası yüngülləşdirildi

    Gündüz Balakişiyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib Bakı Apelyasiya Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Gündüz Balakişiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Cars-az teleqraf.com-a istinədən xəbər verir ki, ötən ilin mayın 11-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Gündüz Balakişiyevin idarə etdiyi “Mercedes” markalı və 1970-ci il təvəllüdlü Bəxtiyar Həbibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilin sərnişini 1989-cu il təvəllüdlü Natiq Cəfərov Neyrocərrahiyə xəstəxanasına, Bəxtiyar Həbibov və sərnişinləri 1944-cü il təvəllüdlü Firəngiz Həbibova, 1961-ci il təvəllüdlü Təranə Həbibova 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Firəngiz Həbibova xəstəxanada ölüb. Digər şəxslərə tibbi yardım götərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub. Araşdırmalar zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Gündüz Balakişiyev günahkardır. Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Balakişiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gündüz Balakişiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan olunub. Qərara görə, Gündüz Balakişiyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib. Ardını oxu

  • Yaponiyada "yoldan keçən iblis"ə ölüm cəzası

    Tomohiro Katoya yük avtomobili ilə 7 nəfəri öldürüb və 10 insana xəsarət yetirmişdi Ardını oxu

  • Bakı aeroportundan açıqlama

    Dumanlı hava şəraiti təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib Bakıda dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib. Cars-az xəbər verir ki, bu barədə trend-ə hava limanından deyiblər. Aeroportdan bütün uçuşların cədvələ uyğun həyata keçirildiyini bildiriblər. Hava limanından deyiblər ki, hazırda təyyarələrin qəbulunda və yola salınmasında heç bir problem müşahidə olunmur. Ardını oxu

Dəməşqdə avtobus partladı

Dəməşqdə avtobus partladı

Nəticədə 7 nəfər həlak olub, 20 nəfər yaralanıb Suriyanın paytaxtı Dəməşqdə şiə zəvvarları daşıyan avtobusun partladılması nəticəsində 7 nəfər ölüb, 20-si yaralanıb. Cars-az xəbər verir ki, bu barədə anspress-in sana agentliyinə istinadla verdiyi məlumata görə, Səyidnə Ruqqaya məqbərəsinə ziyarətə gedənlər terror aksiyaı ilə üzləşiblər. Avtobusun ön hissəsinə 5 kiloqram partlayıcı maddə yerləşdirilib. Digər partlayıcı qurğu isə zərərsizləşdirilib. Suriyanın "əl-Qaidə" ilə əlaqəsi olan "Nusra Cəbhəsi" hücumun məsuliyyətini üzərinə götürüb. Bildirilib ki, avtobusda olan sərnişinlər "Hizbullah" döyüşçüləri olublar. Xatırladaq ki, Suriyaya ölkəyə ziyarətə gedən 200 min şiə zəvvar dörd ildir davam edən münaqişə ilə əlaqədar həlak olub. Ardını oxu

Bakıda təmirə bağlalan yol açıldı

Bakıda təmirə bağlalan yol açıldı

Səməd Vurğun küçəsində nəqliyyatın hərəkəti bərkə edilib Ardını oxu

Bakıda yol polisini şərləyən sürücülər ifşa olundu

Bakıda yol polisini şərləyən sürücülər ifşa olundu

Vaqif Əsədov: «Şikayət edən sürücüyə fakt təqdim etdikdə, utandığından üzünü çevirib gedir» Ardını oxu

Yol polisi sürücüdən rüşvəti belə aldı

Yol polisi sürücüdən rüşvəti belə aldı

Gəncədə DYP əməkdaşları sürücüdən hamının gözü qarşısında pul alıblar Ardını oxu

Top