04.11.2015
Gündəm
Taksi sürücüsünə qarşı cinayət
Cars-az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da saat 03:45 radələrində, Binəqədi qəsəbəsində Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi əyləşib Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gəliblər. Sonra isə quldurluq yolu ilə onun avtomobilini əlindən alıblar. Cinayətdə şübhəli bilinən 23 yaşlı Rövşən Allahverdiyev tutulub.