Taksi sürücüsünə bıçaq çəkən şəxs tutuldu

Taksi sürücüsünə bıçaq çəkən şəxs tutuldu

Taksi sürücüsünə bıçaq çəkən şəxs tutuldu

Bakıda müştəri qismində mindiyi taksi sürücüsünü bıçaqlayan, daha sonra onun avtomobilini aparan şəxs tutulub. Bu barədə Cars-az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Sabunçu rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və İdarənin 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də saat 24 radələrində, Ramana qəsəbəsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Ramil Müseyibovə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nicat Rzaquliyev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top