-
Velosiped oğrusu həbs edildi
Faktla bağlı cinayət işi başlanıb Bakının Nərimanov rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb. Bu barədə Cars-az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Qələndərov tutulub. Vüqar Qələndərov rayon ərazisində Bolqarıstan vətəndaşı Rumen Draqomirov Madevin, Aydın Bəyişovun və Hüseyn Tanrıverdiyevin velosipedlərini oğurlamaqda şübhəli bilinir. Faktla bağlı cinayət işi başlanıb. Ardını oxu
-
Taksi sürücüsünə qarşı quldurluq
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir Bakının Qaradağ rayonunda quldurluq edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib. Cars-az xəbər verir ki, bu barədə teleqraf.com-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq İsayevin “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə almış qrupun digər üzvü - Ağcabədi rayon sakini Musa Cəfərov tutulub. Qeyd edək ki, quldurluq hadisəsi yanvarın 10-da baş verib. həmin gün gecə saat 03:45-də Binəqədi qəsəbəsindən Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi naməlum şəxslər əyləşibş Onlar taksi sürücüsündən Ələt qəsəbəsinə getməyi istəyiblər. Ələt qəsəbəsində onlar sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu avtomobilini ələ keçiriblər. Fevralın 3-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Ardını oxu
-
Metroda reklamlar bərpa olunur
“Əsas sərnişinlərin rahatlığı, təhlükəsizliyidir” Cars-az xəbər verir ki, Bakı metrosunun ərazisində ticarət köşklərinin fəaliyyəti bərpa olunmayacaq, lakin “Bakı Metropoliteni” QSC-nin ərazisində reklamlar bərpa oluna bilər. Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, reklamlar keçidlərdə, platformalarda quraşdırıla bilər. “Hal-hazırda metroda sosial reklamlar yerləşdirilib. Yaxın gələcəkdə reklamların bərpa olunacağı gözlənilir. Biz reklam vasitələrini metronun ərazisindən ləğv edərkən də bəyan etmişdik ki, gələcəkdə daha müasir səviyyəli, insanların narahatlığına səbəb olmayacaq vasitələrdən istifadə etməklə reklamların yerləşdirilməsinə yenidən icazə verə bilərik”, - deyə N. Paşayev bildirib. Ardını oxu
-
Deputat olmaq istəyən model sürücünü döyüb dişlədi
Tərəflərin mübahisəsi məhkəməyə qədər yol açıb Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkisində iştirak etmək iddasında olan Tuğba Özayın başına iş gəlib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq partiyası (CHP) tərəfindən müraciət edənlər arasında məşhur model və seksual aktrisa Tuğba Özayın da adının olması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb və bir çox insanda ona qarşı qıcıq hissi yaranıb. Tanınmış modeldən xoşu gəlməyən və etiraz edənlərdən biri isə onu hava limanına aparmaq üçün gələn şirkət sürücüsü olub. O, Özaya çemodanını yanına qoymamağı məsləhət görüb, məşhur model isə onun bu tələbinə əhəmiyyət verməyib. Beləcə sürücü ilə aralarında mübahisə yaşanıb. Nəticədə Özay sürücünün qolunu, boğazını dişləyib və yumruqlarla döyməyə çalışıb. Tərəflərin mübahisəsi məhkəməyə qədər yol açıb. Ardını oxu
Qatarda vaqon bələdçisi qarət edildi
Hadisəni törətmiş həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb. Bu barədə Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub. Ardını oxu
Heydər Əliyev prospektində güclü yanğın – FOTO
Hadisə yerinə polislər cəlb olundu Bu gün səhər saatlarında Heydər Əliyev prospektində güclü yanğın baş verib. Cars-az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın SOCAR-ın yeni binasının arxasındakı zibillikdə baş verib. Yanğının böyüdüyünü nəzərə alaraq hadisə yerinə Post Patrul Xidməti cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ardını oxu
Qəbələdə maşın iki məktəbli qızı vurdu
Faktla bağlı araşdırma aparılır Ardını oxu
Nizami küçəsi Rəşid Behbudov küçəsinə qədər təmir olunacaq
«Azəryolservis» ərazidə beton səki daşlarını mərmər daşlarla əvəzləyəcək Ardını oxu