-
“Bozbash Pictures”in Fəlakəti polis maşınını əzdi
«Biz onları sakiləşdirdik. Dedik ki, əşşi, Fəlakətdir də, bir işdir olub» “Bozbash Pictures”in Fəlakəti - Elşən Orucov polis maşınını əzib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə “Ay brilliant" filminin çəkilişləri zamanı baş verib. Aktyor İlkin Həsəni Teleqraf.com-a xəbəri təsdiqləyib. O, bildirib ki, polis avtomobilinin qaçırılması kadrının çəkilişi zamanı aktyor qəfildən maneə ilə qarşılaşıb: “Fəlakət maşını qaçırıb həyətə salmalı idi. Tələsən aktyor maşının qapısının açıq qalmasından xəbərsiz olub. Tini burulanda qapı açılıb və dəmir betona çırpılıb. Maşın əzildi, polislər narahat oldular, amma biz onları sakiləşdirdik. Dedik ki, əşşi, Fəlakətdir də, bir işdir olub”. Ardını oxu
-
Bakıda təmir işləri aparılan yollardan biri açılır
"Təmir işləri aparılan hissə 1 saatdan sonra nəqliyyatın hərəkəti üçün tam açıq olacaq" Cars-az xəbər verir ki, Bakının mərkəzində təmir işləri aparılan yollardan biri açılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev trend-ə deyib ki, paytaxtın Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri artıq başa çatmaq üzrədir: “Sözügedən hissədə frezlənmə işləri aparılıb, mərmər səki daşları düzülüb, yolun asfalt-beton örtüyü yenilənib. Təmir işləri aparılan hissə 1 saatdan sonra nəqliyyatın hərəkəti üçün tam açıq olacaq”. Ardını oxu
-
Azərbaycanda ŞOK fırıldaq; A-92 benzinini 1 manata alırıq
Yanacaqdoldurma məntəqələrində yanacağı necə kəsirlər? Ardını oxu
-
Səmada ürəyi getdi
Təlimçi onu parça-parça olmaqdan xilas edib Ardını oxu
Avtomobillərdən oğurluq edənlər yaxalandı
Hər iki faktla bağlı cinayət işi başlanıb Ardını oxu
"Porsche"dən yenilik
Şirkət iki yeni model hazırlayıb Ən lüks maşınların sırasında adı çəkilən "Porsche" iki yeni modelini təqdim etməyə hazırlaşır. Cars-az-ın məlumatına görə, yeniliklər "2015 Cenevrə Avtomobil sərgisində" nümayiş ediləcək. "Cayman GT4" modeli Nürunberq yolunu 7 dəqiqə 40 saniyə də tamamlayıb. Bu yüksək performanslı idman maşını digərlərindən açıq aşkar fərqlənir. "911 Carrera S"dən alınan 3,8 litrlik mühərrik 385 hp gücə malikdir. Maşının ön qismi də tamamilə yenilənib. Gövdə pozissiyası 30 mm aşağıda olan şasi və ekstra geniş əyləc sistemi ilə təhciz edilib. Sərgiyə çıxarılacaq digər modelin adı açıqlanmasa da onun həm gündəlik, həm də yarış üçün nəzərdə tutulduğu deyilir. Ardını oxu
Bir ay öncə qəzada yaralanan şəxs öldü
“VAZ-2107” və“Mercedes” markalı avtomobillər toqquşub Ardını oxu
Usta təmir etdiyi avtomobilin içində öldü
Hadisə ilə bağlı araşdırma aparılır Bakıda avtomobil təmiri sexində ölüm hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində Ucar rayon sakini Ruslan Zeynalov avtomobil təmiri sexində təmirə dayanan “Great Wall” markalı avtomobildə dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ardını oxu