-
Rusiya "Lada”ların qiymətini bahalaşdırdı
Avtomobillər orta hesabla 4,79 faiz bahalaşıb Rusiyanın "AvtoVAZ" şirkəti "Lada" markalı avtomobillərin qiymətini artırıb. Cars-az APA TV-yə istinadən xəbər verir ki, avtomobillər orta hesabla 4,79 faiz və ya 20,2 min rubl bahalaşıb. "Qiymətlər rəqabətdə olan şirkətlərlə müqayisədə aşağı idi. Biz 2014-cü ilin ikinci yarısından bu yana qiymətləri qaldırmayan avtomobil istehsalçıları sırasında idik" deyə şirkətdən bildirilib. Xatırladaq ki, Rusiyada yanvar bahalaşmasından sonra "Lada"nın bütün növ modellərinin qiyməti ötən ilin mart ayı ilə müqayisədə 2,8 faiz artıb. Ardını oxu
-
Metroda böyük tıxac yarandı
Bir saat gözləməli olan sərnişinlər çox qəzəbləniblər Dünən London metropoliteninin "London Bridge" stansiyasında tıxac və basabas yaranmışdı. Cars-az xəbər verirki, Britaniya Nəqliyyat Polisindən verilən məlumata görə, tıxacın səbəbi qatarla bir nəfərin vurulması xəbərinin alınması olub. Stansiyaya girişdə bir saat gözləməli olan sərnişinlər çox qəzəbləniblər. Ardını oxu
-
İşıqforda iki avtomobil toqquşdu
Hazırda hadisənin səbəbləri araşdırılır Ardını oxu
-
Sabunçu-Ramana avtomobil yolu təmir olunur
Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir Uzun illərdir təmir olunmayan Sabunçu-Ramana avtomobil yolunda təmir işlərinə başlanılıb. Cars-az xəbər verir ki, bu barədə "report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunda çoxlu sayda su sızmalarının olması yolun bərbad vəziyyətə düşməsinə səbəb olub. "Bundan əlavə, 30 il bunadan əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40%-dən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb. Artıq əraziyə materialların daşınması, texnikanın səfərbər olunmasına başlanılıb. Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir", - deyə P.Mürsəliyev qeyd edib. Ardını oxu
Azərbaycanlı sürücü 22 yaşlı qızı vurub
Hadisə yerindən qaçan soydaşımız digər sürücü tərəfindən saxlanılıb Ukraynanın Xarkov şəhərində 20 yaşlı həmyerlimizin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə bazar ertəsi günorta saatlarında Blüxer küçəsində, Əczaçılıq Universitetinin yaxınlığında qeydə alınıb. Ukrayna Dövlət Avtomobil Müfəttişliyinin Xarkov vilayəti üzrə İdarəsinin Profilaktika şöbəsinin baş müfəttişi Oleq Nikonenkonun məlumatına görə, "VAZ 2107" markalı avtomobil 22 yaşlı qızı vuraraq təşvişə düşüb və hadisə yerindən qaçmaq qərarına gəlib. Lakin hadisə şahidi olan digər "VAZ 2107"nin 42 yaşlı sürücüsü onu təqib etməyə başlayıb və Akademik Pavlov küçəsində həmyerlimizin qarşısını kəsərək hadisə yerinə milis çağırıb. Müəyyən olunub ki, Azərbaycan əsilli şəxs Xarkov universitetlərindən birinin tələbəsidir. Qəza nəticəsində qız baldırının sınığı və qapalı kəllə-beyin travması alıb. Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır. Ardını oxu
Qaçan sürücü 20 gün sonra tapılıb
Faktla bağlı araşdırmalar davam etdirilir Bakı sakinini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü 20 gün sonra tapılıb. Cars-az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb. Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Sacıdə Abdulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21053” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ədalət Bayramov tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Ardını oxu
Bakı-Sumqayıt qatarında gedişhaqqının məbləği açıqlanıb
“Yeni qatarın sürəti və gedişhaqqı barədə danışmaq tezdir” Ardını oxu
Azərbaycan 1,1 milyard dollarlıq təyyarə sifariş verdi
"Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq" Ardını oxu