04.11.2015
Qəzalar
Qaçan sürücü 20 gün sonra tapılıb
Bakı sakinini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü 20 gün sonra tapılıb. Cars-az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb. Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Sacıdə Abdulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21053” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ədalət Bayramov tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.