“Prado” iki qadını sürüdü

“Prado” iki qadını sürüdü

Cars-az xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, Köhnə Günəşli, İnqilab İsmayılov küçəsində "Toyota Prado" markalı avtomobil iki qadını vurub. Mağazadan çıxan qadınlar yolu keçərkən qəflətən avtomobil zərbəsinə tuş gəliblər. Qadınlardan biri zərbənin təsirindən bir neçə metr kənara düşüb. Yaralılar elə qəza törədən sürücü tərəfindən maşına qoyularaq xəstəxanaya aparılıblar. Şahidlər deyirlər ki, avtomobillərin intensiv hərəkət etdiyi həmin ərazidə işıqfor olmadığından hər gün qəzalar baş verir.

Dostlarınla paylaş


Şərhlər


Top