Bir ay öncə qəzada yaralanan şəxs öldü

Bir ay öncə qəzada yaralanan şəxs öldü

Yol qəzasında xəsarət almış Neftçala rayon sakini ölüb. DİN-dən verilən məlumata görə, bu ilin fevralın 5-də Sumqayıt şəhər sakini Mirsadiq Zeynalovun idarə etdiyi “VAZ-2107” və Abşeron rayon sakini Tural İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. M.Zeynalovun xəstəxanaya yerləşdirilən sərnişini, Neftçala rayon sakini Zeynal Zeynalov martın 2-də orada ölüb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top