04.11.2015
Qəzalar
Heydər Əliyev prospektində güclü yanğın – FOTO
Bu gün səhər saatlarında Heydər Əliyev prospektində güclü yanğın baş verib. Cars-az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın SOCAR-ın yeni binasının arxasındakı zibillikdə baş verib. Yanğının böyüdüyünü nəzərə alaraq hadisə yerinə Post Patrul Xidməti cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.