04.11.2015
Qəzalar
Usta təmir etdiyi avtomobilin içində öldü
Bakıda avtomobil təmiri sexində ölüm hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində Ucar rayon sakini Ruslan Zeynalov avtomobil təmiri sexində təmirə dayanan “Great Wall” markalı avtomobildə dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.