Məqalələr

Bu taksi hər cür xidmət edir

Bu taksi hər cür xidmət edir

Taksi sahibi isə  avtomobildəki xidmətlərin siyahısını genişləndirəcəyini planlaşdırır Taksilərdə müştərilərə göstərilən xidmətlər hər zaman məhdud olub. Amma türkiyənin Elazığ şəhərində bir taksi sürücüsü həmin sərhədləri aşa bilib. Nuri Özənin idarə etdiyi taksidə müştərilər  yol gedə gedə həm televizora baxa, həm çay içə, həm də internetə daxil ola bilər. 6 ildir taksi idarə edən Nuri Özən texnologiyanın inkişafını öz avtomobilində müştərilərə təqdim edir. Əgər siz musiqi dinləməyi çox sevirsinizsə, yenə bu avtomobil köməyinizə çata bilər. Çünki sözügedən taksidə hər zövqü oxşayan musiqi arxivi də var. Təsadüfi  deyil ki,  indi Elazığ şəhərində hər təbəqədən olan insanlar bu taksi ilə yol getməyə can atır. Müştərilər onlara göstərilən xidmətdən çox razıdır. Cars-az atv.az-a istinadən xəbər verir ki, planşet kompyuterdən elektrik çaydanınadək bir çox məişət əşyası ilə təmin olunan taksidən istifadə edənlərin sayı gündən günə artır. Taksi sahibi isə  avtomobildəki xidmətlərin siyahısını genişləndirəcəyini planlaşdırır. Ardını oxu

Sumqayıtın sağalmaz yarası – FOTO

Sumqayıtın sağalmaz yarası – FOTO

"Gənclik şəhəri"ndə yollar bərbad vəziyyətdədir Ardını oxu

Top