-
Film kimi qəza; icra başçısının qardaşı oğlu sərxoş halda 8 maşını əzdi
Hüquq mühafizə orqanlarında çalışan həmin şəxsin əzdiyi maşınlardan biri Fransa səfirliyinə məxsusdur Ardını oxu
-
Sürətlə gələn avtomobil piyadaya çırpıldı
Hadisə Bərdənin Koroğlu küçəsində qeydə alınıb Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Bərdənin Koroğlu küçəsində qeydə alınıb. Bərdə rayon sakini 25 yaşlı Xaliq Kərimov yüksək sürətlə idarə etdiyi VAZ-2101 markalı avtomaşınla idarəetməni itirərək yol kənarındakı piyadaya çırpılıb. Ağır xəsarət alan piyada 28 yaşlı Rahib Zeynalov onu avtomobiliylə vuran sürücünün köməyilə Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə qəza nəticəsində yaralanan Ağdam rayonundan məcburi köçkün Rahib Zeynalovun sağ bud sümüyü sınıb və ağır kəllə beyin travması alıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları da gəlib. Əldə etdiyimiz məlumata görə, hadisənin törətməkdə təqsirli bilinən Xaliq Kərimov özü polisə təslim olub. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır. Ardını oxu
-
Sərnişin bıçaqla yol polislərinə hücum etdi
Bıçaqla yol polisi avtomobilinin təkərlərini deşib Martın 1-də Bərdə rayonunda polisə qarşı müqavimət faktı qeydə alınıb. Cars-az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 01 radələrində Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektorları Əliyev Ülfət Əli oğlu, İsgəndərov Şərif Şəmsəddin oğlu, Qasımov Vasif Elman oğlu Bərdə şəhəri İ.Qayıbov küçəsində xidmətdə olarkən “VAZ 21074” markalı, 90-HA-227 dövlət qeydiyyat nişanlı avtomaşın yolun qarşı hərəkət zolağına çıxdığı üçün ona saxla işarəsi verib. Lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib və yaxınlıqdakı tikilinin həyətinə daxil olaraq avtomaşını saxlayıb. Polis əməkdaşları sürücü Mehdizadə Elgiz Dadaş oğluna yaxınlaşaraq sənədlərini təqdim etməsini istəyib. Bu zaman avtomobilin qabaq oturacağında oturan sərnişin Şirinov Hünər Əli oğlu avtomaşından düşərək polis əməkdaşları ilə mübahisə edib. O, hətta cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hücum edib. Bildirilir ki, polis əməkdaşları H.Şirinovdan ərazidən uzaqlaşmasını tələb ediblər və sürücü Elgiz Mehdizadəni həkim müayinəsinə aparmaq istəyiblər. Lakin tabeçilik göstərməyən H.Şirinov əllərindəki bıçaqla yol polisinin “BMW” markalı xidməti avtomaşının sağ qabaq və arxa şinlərini deşib. Faktla bağlı araşdırmalar aparılır. Ardını oxu
-
Metroplitendən Avropa Oyunları açıqlaması
Qatarların hərəkət vaxtı artırıla bilər Ardını oxu
Bir damla benzin işlətmədən dünyanı fırlanacaq
“Solar Impulse 2” dünyanın ətrafınnda 25 dəfə fırlanacaq. Bu müddət isə 5 ay davam edəcək “Solar Impulse 2” adlı təyyarə bir damla belə benzin istifadə etməyəcək. Cars-az atv.az-a istinadən bildirir ki, isveçrəli elm adamlarının hazırladığı “Solar Impulse 2” adlı günəş enerjisiylə işləyən təyyarə dünyanın ətrafında hərəkət etmək üçün son hazırlıqlarını bitirib. Təyyarə bu gün səhər saatlarında Dubayda yerləşən xüsusi sahədən havaya qalxacaqdı. Lakin hava şəraitinin əlverişsiz olması buna maneə törədib. Qanadı Airbus A380 təyyarəsinin qanadı ilə eyni uzunluqda olan “Solar Impulse 2” eyni təyyarə ilə müqayisədə 150 dəfə yüngüldür. “Solar Impulse 2” dünyanın ətrafınnda 25 dəfə fırlanacaq. Bu müddət isə 5 ay davam edəcək. Ardını oxu
Avtomobil təmiri 50 faiz bahalaşdı
Təkcə 650 manatlıq faralar indi 780 manata satılır Ardını oxu
Bakıda “Jeep”də tapılan meyitlə bağlı YENİ FAKT
Ruslan Zeylanov avtotəmir salonunda müştərilərdən birinə məxsus maşında qazdan boǧulub Ardını oxu