-
Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçə açıqlandı– CƏDVƏL
Tbilisi prospektində 49 mindən çox avtomobil qeydə alınıb Ardını oxu
-
Müvəqqəti dayanacaq meydançaları inşa olunur
"Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək" "Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur. Cars-az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib. Məlumata görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub". Ardını oxu
-
Qarajdan 30 yaşlı qadının asılmış meyidi tapıldı
Faktla bağlı cinayət işi başlanıb Bakıda gənc qadın özünü öldürüb. Cars-az xəbər verir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 30 yaşlı Nurlana Əsədova özünü asıb. Rayon Prokurorluğundan milli.az-a bildirildi ki, N.Əsədovanın asılmış meyidi yaşadığı evin birinci mərtəbəsindəki qarajda aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəblərini öyrənməyə çalışırıq. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Ardını oxu
-
Artistlər qayadan uçdular: 20 ölü
Faktla bağlı yerli polis tərəfindən araşdırma aparılır Çində avtobusun sıldırım qayadan düşməsi nəticəsində 20 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Cars-az xəbər verir ki, bu barədə apa-nın tass agentliyinə istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Henyan əyalətinin Linçjou şəhərində baş verib. Avtobusun opera truppası tərəfindən icarəyə götürüldüyü bildirilir. Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı yerli polis tərəfindən araşdırma aparılır. Ardını oxu
Sabah Azərbaycanda qar yağacaq - PROQNOZ
Ölkə ərazisində yağış yağacağı gözlənilir Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında, əsasən, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 4°-dək şaxta, gündüz 8-13° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir. Ardını oxu
Avtobuslar qayda pozur, yol polisi minik maşınlarını saxlayır
Avtobus sürücülərinə qarşı formal mübarizə heç vaxt nəticə verməyəcək Ardını oxu
Dayanacaqlarda “Wi-Fi” quraşdırılacaq- Aprel-may aylarında
Martın sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq Ardını oxu
Bakıdan Sumqayıta 40 dəqiqəlik yol
Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryol xəttinin əsaslı təmirinə başlanılır Ardını oxu