04.11.2015
Gündəm
Qarajdan 30 yaşlı qadının asılmış meyidi tapıldı
Bakıda gənc qadın özünü öldürüb. Cars-az xəbər verir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 30 yaşlı Nurlana Əsədova özünü asıb. Rayon Prokurorluğundan milli.az-a bildirildi ki, N.Əsədovanın asılmış meyidi yaşadığı evin birinci mərtəbəsindəki qarajda aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəblərini öyrənməyə çalışırıq. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.