04.11.2015
Gündəm
Bakı sürücülərinin nəzərinə
Cars-az xəbər verir ki, Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinin təmirinə başlanılıb. Bu barədə trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Təmir işləri ilkin mərhələ üzrə Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək. Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.