04.11.2015
Gündəm
Avtomobildən tum oğruyanlar tutuldu
Sumqayıtda tum oğruları saxlanılıb. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də “Patron” tum şirkətinə məxsus “Ford” markalı avtomobildən 80 qutu tum oğurlayan Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunan Namiq Dadaşov, Qurban Yusifov və Teymur Fərəcov tutulublar.
Faktla bağlı araşdırmalar aparılır.