04.11.2015
Gündəm
Avtovağzalın qarşısında dəhşətli tıxac
Bakı-Sumqayıt yolunun Avtovağzal Kompleksi qarşısındakı hissəsində dəhşətli tıxac yaranıb. Bu barədə Cars-az-a oxucular məlumat veriblər. Fotolardan da görünür ki, gecə yarısı olmasına baxmayaraq yolda sıxlıq var. Ehtimal olunur ki, yolda baş vermiş qəza ucbatından tıxac yaranıb.
Qeyd edək ki, bir neçə aydır Bakı-Sumqayıt yolunda təmir işləri aparılır.
Emin