Müvəqqəti dayanacaq meydançaları inşa olunur

Müvəqqəti dayanacaq meydançaları inşa olunur

"Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur. Cars-az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib. Məlumata görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub".

Dostlarınla paylaş


Şərhlər


Top