04.11.2015
Avtoxəbər
Rusiya "Lada”ların qiymətini bahalaşdırdı
Rusiyanın "AvtoVAZ" şirkəti "Lada" markalı avtomobillərin qiymətini artırıb. Cars-az APA TV-yə istinadən xəbər verir ki, avtomobillər orta hesabla 4,79 faiz və ya 20,2 min rubl bahalaşıb. "Qiymətlər rəqabətdə olan şirkətlərlə müqayisədə aşağı idi. Biz 2014-cü ilin ikinci yarısından bu yana qiymətləri qaldırmayan avtomobil istehsalçıları sırasında idik" deyə şirkətdən bildirilib. Xatırladaq ki, Rusiyada yanvar bahalaşmasından sonra "Lada"nın bütün növ modellərinin qiyməti ötən ilin mart ayı ilə müqayisədə 2,8 faiz artıb.