04.11.2015
Yeniliklər
Azərbaycan 1,1 milyard dollarlıq təyyarə sifariş verdi
Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib. Cars-az xəbər verir ki, bu barədə çərşənbə günü trend bloomberg-ə istinadən məlumat verir.
Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir. "Silk Way" şirkətlər qrupunun prezidenti Zaur Axundov deyib: "Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və beynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq".